Britaniyalılardan “MasterCard”a ən böyük iddia – 19 mlrd. dollar

Britaniyalılar “MasterCard”a yüksək komissiya haqqı tutulması ilə bağlı 19 mlrd dollarlıq iddia qaldırıblar. MasterCard isə Britaniya tarixindəki ən böyük iddia ilə qətiyyən razılaşmır və bunu ilk ciddi hadisə olaraq bildirir. Şirkət tərəfindən bildirilib ki, “Onun kreditini qəbul edən müəssisələrin komisyon haqları 1992-2008-ci illər arasında qoyulan rüsumlar ətrafındadır. Biz müştərilərimizin qorunması, təhlükəsizliyi və rahatlığı üçün real dəyəri  çatdırırıq və müştərilərimizin artan tələbini qarşılamaq üçün ödəniş xidmətləri üzərində işləyirik”.

Apellyasiya Məhkəməsinə müraciət edən Quinn Emanuel iddia edir ki: “Mübadilə komisyonu olaraq bilinən bu haqlar qanunsuz olaraq yüksək səviyyədə təyin olunub və Britaniya istehlakçıları üçün qiymətlər artırılıb”.

Böyük Britaniyanın İstehlak Hüquqların haqqında qanuna əsasən, baş verən hər hansı itki zamanı hər bir şəxs avtomatik olaraq kompensasiya hüququna malikdir. Britaniyalılar MasterCard-ın bu iddiaya qarşı istehlakçılara ədalətli təklif bildirməsələr 2018-ci ildə yenidən məhkəməyə baş vuracaqlar. Lakin MasterCard tərəfindən kompensasiya üçün heç bir addım görünmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır