Bu bank kassir axtarır – VAKANSİYA

“Expressbank”  ASC kassir vəzifəsi üzrə vakansiya elan edib.

Kassir – əməliyyatçı (Bakı şəhəri üzrə)
Tələblər:
– Ali təhsil;
– Analoji sahədə 2 ilə qədər iş təcrübəsi;
– Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
– Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
– Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
– Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
– Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
– Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
– KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır