Bu bank nizamnamə kapitalını artırıb

“Bank Respublika” ASC nizamnamə kapitalını 67 461 088,1 manata qədər artırıb.

Nizamnamə Kapitalının artırılması Bank tərəfindən dövriyyəyə səfmlərin buraxılması hesabına mümkün olub. Ümumi məbləği 27 535 138 manat, hər birinin nominal dəyəri 2.45 manat olan 4 081 660 ədəd adi, adlı, sənədsiz səhminin yerləşdirilməsi artıq başa çatıb və 14 fevral 2018-ci il tarixlə emissiya yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır