Bu bank nizamnamə kapitalını artırıb

“Kapital Bank” ASC-nin yeni səhmlərinin əldə edilməsinə dair insayder əqdi bağlanılıb.

BBN.az xəbər verir ki, əqd  1 614 205 ədəd yeni və imtiyazlı səhmin realizə edilməsini nəzərdə tutur. Səhmlərin hər birinin nominal dəyəri 12,39 manat təşkil edir.

Qiymətli kağızları “Kapital Bank”ın əsas səhmdarı – “PAŞA Holdinq” MMC əldə edib.

Bununlada Bankın nizamnamə kapitalı 10,76% və yaxud 20 mln. manat artaraq 205,85 mln. manata yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır