Bu bank tələbələrə kredit verir

2016/2017-ci tədris ilindən etibarən “ADA” Universiteti “PAŞA Bank”la birgə ali təhsilin kreditləşməsi proqramını həyata keçirəcək. Belə ki, “Bakalavriat və magistratura” pillələrində təhsil alan tələbələr semestr üzrə təhsil haqqını uzunmüddətli (bakalavrlar üçün doqquz, magistrlər üçün beş ilədək) sosial kreditlər vasitəsilə ödəmək imkanı əldə edəcəklər. Kreditlərin illik faiz dərəcəsi tələbənin akademik göstəricilərindən asılı olaraq 30%-lik ilkin ödənişlə verilir və 7% təşkil edir.

Qeyd edək ki, “PAŞA Bank” ilə tərəfdaşlıqda hazırlanan bu təhsil krediti proqramının məqsədi universitetin tədris etdiyi ixtisaslara ölkəmizin bütün regionlarından istedadlı gənclərin cəlb edilməsidir.

Mənbə: azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır