Bu bank yeni xidmət təklif edir

“Yapı Kredi Bank Azərbaycan” özünün rəsmi internet səhifəsində müştərilərinə yeni xidmət təklif edir.

Bankdan bildiriblər ki, müştərilər bankın veb-səhifəsinə – www.yapikredi.com.az-a daxil olmaqla onlayn məsləhətçi xidmətindən istifadə edə bilərlər. Onlayn məsləhətçi xidməti 7/24 saat müştərilərinə dəstək verir. Bu xidmət vasitəsilə bank məhsulları haqqında məlumatlar ala, bankın müxtəlif xidmətlərindən operativ şəkildə faydalanmaq olar.

Mənbə: azertag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır