Bu dəfəki əmək yarmarkalarında 277 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Abşeron və Qəbələdə növbəti əmək yarmarkaları təşkil olunub.

Abşeron-Xızı və Şəki-Zaqatala Regional Məşğulluq filialları tərəfindən keçirilən yarmarkalarda Filialların, tərəfdaş şirkətlərin nümayəndələri və iş axtaran şəxslər iştirak edib.

Hər iki aktiv məşğulluq tədbirində ümumilikdə 36 müəssisə tərəfindən 277 vakansiya təqdim edilib.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Yarmarkalarda həmçinin işsiz və işaxtaran şəxslərə aktiv məşğulluq tədbirləri və müraciət qaydaları ilə bağlı məlumat verilib.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

DSMF-nin xərcləri 13,6% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı