Bu gün ABŞ-ın Ümumi Daxili Məhsul ilə bağlı hesabatı açıqlanacaq

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES), başqa adla Mərkəzi Bankının iyulun 26-27-də təşkil edilən görüşündən sonra, bu gün, yəni iyulun 28-də ABŞ-ın Ümumi Daxili Məhsul (ÜDM) (1 ildə ölkənin istehsal etdiyi xidmət və malların ümumi dəyərini göstərir-red.) ilə bağlı hesabatı açıqlanacaq.

BBN.az morningstar.com-a istinadən xəbər verir ki, 2022-ci ilin iki rübündə ardıcıl neqativ ÜDM hesabatlarının olması ABŞ-ın iqtisadi tənəzzülə gedəcəyinin əlaməti sayılır.

Ancaq bu dəfə rəqəmlər ilə bağlı təxminlər etmək çətindir. Mərkəzi Bankın prezidenti Jerome Powell demişdir ki, ölkədə işsizlik ən aşağı səviyyədədir, inflyasiya isə yüksəkdir, əlavə etmişdir ki, iqtisadi tənəzzül ilə bağlı düşünmək əsassızdır.

Bildirək ki, ÜDM hesabatından öncə Mərkəzi Bank iyulun 27-də açıqladığı hesabat ilə göstərdi ki, bank ölkədə inflyasiyanı aşağı salmaq üçün aqressiv cəhdlər etməkdədir. Həmçinin FES-in sentyabrda təşkil ediləcək görüşündə qəbul ediləcək qərarlar da əldə edilən hesabatların (ÜDM, istehlakçı qiymət indeksi və digər hesabatlar-red.) nəticələrindən asılı olacaq. İyunda açıqlanan istehlakçı qiymət indeksi göstərmişdir ki, ölkədə inflyasiya ilbəil artaraq özünün pik həddinə 9.1%-ə çatıb, bu isə 1981-ci ildən bəri ən yüksək göstərici idi. 

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı