Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sentyabrın 7-də Bitcoin-in qiyməti iyundan bu yana ən aşağı səviyyəni gördü: Yenidən kriptovalyuta bazarı 1 trilyon dollardan enib - BBN

Sentyabrın 7-də Bitcoin-in qiyməti iyundan bu yana ən aşağı səviyyəni gördü: Yenidən kriptovalyuta bazarı 1 trilyon dollardan enib

Bitcoin-in qiyməti çərşənbə günü, bu gün 19.000 dollardan aşağıya ticarət edilib, bu isə iyundan bu yana ən aşağı səviyyə olub. Bitcoin-in qiymətində azalma isə qlobal stok marketin enməsi və ABŞ dollarının güclənməyə davam etməsi ilə bağlı olub. 

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, bütövlükdə kriptovalyuta marketi 1 trilyon dollardan aşağı enib, dijital pullar hər yerdə daha ucuza satılıb.

FED-in sərtləşdirmə siyasəti riskli aktivlərə təsir edən ABŞ dollarını gücləndirib. Bitcoin səhmlərə nisbətdə ticarət etdi, buna görə də səhmlər düşərsə, ümumiyyətlə kriptovalyuta da enir. Şərq vaxtı ilə (ET) səhər 03:50-də Bitcoin 18.81236 dollara ticarət edilib. CoinDesk-in məlumatına, əsasən 5%-dən çox enib. Son aylarda Bitcoin-in qazancını geridə qoyan Ether-in qiyməti isə 8%-dən çox enib və 1.518.59 dollara ticarət edilib.

Ekspertlər isə deyirlər ki, dolların qiymətində azalma görməyə başlasaq, bu halda bitcoin-in qiymətləri əvvəlki səviyyəyə çata bilər. Qeyd edilir ki, bitcoin 17.500 dollardan aşağı düşməsə, bazar çox güman ki, 18.000-24.000 dollar aralığında konsolidasiya olunacaq.

Related posts

Rəsmi valyuta məzənnələri (13.03.2026)

Rəsmi valyuta məzənnələri (12.03.2026)

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı