Bu gün “DOST Evi”nin açılışından 1 il ötür

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonunda yerləşən “DOST Evi” filialının açılışından 1 il ötür.

2023-cü il noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan “DOST Evi” İsmayıllı və ətraf bölgələrdə yaşayan həssas əhali qruplarına xidmət göstərir.

Ötən dövrdə 5 həssas kateqoriyadan olan 30 benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilib. 10 təlim istiqaməti üzrə 6 emalatxananın yaradıldığı müəssisədə benefisarlar dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, un məmulatları emalatxanalarında həmin istiqamətlərdə bacarıqlarını, peşə vərdişlərini təkmilləşdirirlər.

“DOST Evi”ndə əhalinin həssas qruplarının sosial müdafiəsinin  gücləndirilməsi istiqamətində müxtəlif layihələr də həyata keçirilib, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində 20-dən çox tədbir təşkil olunub. Bu tədbirlərə müxtəlif master-klaslar, infoturlar, konsert proqramları və s. daxildir.

“DOST Evi”ndə müxtəlif yaradıcılıq istiqamətləri üzrə keçirilən təlimlər benefisiarların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və sosial inteqrasiyanı gücləndirmək məqsədi daşıyır.

Related posts

“Karbon qiymətqoyma: mövcud çağırışlar və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilib

COP29 enerji təşəbbüsləri rəsmi olaraq elan edilib

COP29-da ESG prinsiplərinin ARDNF-nin investisiya strategiyasına inteqrasiyası müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı