Bu gün “İKT-də Qızlar” Günüdür

Hər il aprel ayının dördüncü həftəsinin dördüncü günü keçirilən Beynəlxalq “İKT-də Qızlar” Günü bu il aprelin 23-nə təsadüf edir.

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis olunan əlamətdar gün ənənəvi olaraq Azərbaycanda da qeyd edilir.

 “İKT-də Qızlar” Gününün keçirilməsi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sektorda fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

Hazırda ölkəmizdə qadınların İKT sahəsində rolu günü-gündən genişləndirilir, bu istiqamətdə gender bərabərliyi təmin edilir. Məhz bu amil gənc qızları innovasiyalara yaxından maraq göstərməyə, texnologiyalar sahəsində peşə seçimi etməyə və öz karyeralarını bu sahədə qurmağa sövq edir.

Hər il əksər ölkələrdə “İKT-də Qızlar” Günü ilə əlaqədar xüsusi tədbirlər keçirilirdi. 2011-ci ildən dünyanın 170-dən artıq ölkəsində bu günə həsr edilmiş 11 mindən çox müxtəlif formatlı tədbirdə 400 minə yaxın qız və gənc qadın iştirak edib.

Dünyanın bir çox ölkələrini əhatə edən “COVID-19” pandemiyası səbəbindən bu dəfə İKT üzrə təhsil alan, çalışan, bu sektora öz töhfələrini verən qadınların iştirakı ilə ənənəvi tədbirlər təşkil edilmədi.

Lakin İKT-də olan qadınlar sosial təcridlə bağlı real həyatdakı mövcud məhdudiyyətlərə baxmayaraq bu günü internet resurslarından yararlanmaqla virtual formatda qeyd edir və öz həmrəyliklərini nümayiş etdirirlər.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı