Bu gün Joe Biden-in Strateji Neft Ehtiyatından 10-15 milyon barreldən çox xam nefti bazara çıxaracağı gözlənilir

Bu gün ABŞ-ın prezidenti Joe Biden Strateji Neft Ehtiyatından 10-15 milyon barreldən çox xam nefti bazara çıxaracağı gözlənilir. 

BBN.az xəbər verir ki, bu haqda yeni plan barəsində məlumatlı olan mənbə CNBC Business-ə bildirib. Planın Strateji Ehtiyatından neftin çatdırılması proqramını dekabra qədər genişləndirməyi nəzərdə tutduğu deyilib. Proqram isə yazda prezident tərəfindən başladılıb.

2022-ci il indiyənədək Ağ Ev, Strateji Neft Ehtiyatından 165 milyon barrel nefti bazara çıxarıb, il sonuna qədər ümumi rəqəmin isə 180 milyon olacağı gözlənilir. 

Avropa Birliyinin isə Rusiya neftinə qoyduğu embarqonun dekabrın 5-də qüvvəyə minəcəyi planlaşdırılır. 

Ağ Evdən isə müvafiq məsələ ilə bağlı CNBC Business-in sorğusuna cavab verilməyib.

Xatırlatmaq yerinə düşər ki, oktyabrın 5-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azadılması ilə bağlı qəbul edilmişdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı