Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əmakdaşlarının peşə bayramı günüdür - BBN

Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əmakdaşlarının peşə bayramı günüdür

26 sentyabr Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı ilə əlaqədar Xidmətin rəhbər heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, əziz xatirəsini ehtiramla yad etmiş, Ulu Öndərin və görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və gül dəstələri qoymuşlar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. 2020-ci il 16 mart tarixində Azərbaycan Respublikası Prezidentinin 957 nömrəli Fərmanı ilə həmin Agentliyin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsis olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli Sərəncamı ilə 26 sentyabr Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı kimi təsis olunub.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı