Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu il əmək müqavilələrinin sayında 105 min, əməkhaqqı fondunda 8 faiz artım qeydə alınıb - BBN

Bu il əmək müqavilələrinin sayında 105 min, əməkhaqqı fondunda 8 faiz artım qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb.

Bunu mətbuata müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir Prezident İlham Əliyevintapşırıqlarına uyğun olaraq məşğulluq imkanlarının artırılması, qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində aparılan işləri diqqətə çatdırıb.

O bildirib ki, əvvəlindən əmək müqavilələrinin sayında artımın davam etməsi də aparılan bu işlərin, xüsusilə işəgötürənlərə və işçilərə qeyri-formal məşğulluğa son qoyulması barədə dövlət başçısı tərəfindən edilən çağırışların uğurlu nəticəsidir. Daha bir müsbət ondan ibarətdir ki,  105 min əmək müaviləsi artımının 94 minə yaxını özəl sektorun payına düşür.

S.Babayev, eyni zamanda yanvar-aprel ayları ərzində ölkəmizdə əməkhaqqı fondunun da 8 faiz, özəl sektor üzrə əməkhaqqı fondunun isə 12 faiz artdığını diqqətə çatdırıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı