Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu il artıq 6800-dək şəxs üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar yaradılıb - BBN

Bu il artıq 6800-dək şəxs üçün özünüməşğulluq proqramı əsasında kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində bu il artıq 6800-dək şəxsə mal və materiallar formasında aktivlər verilib.

Verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar. Həmin şəxslərdən 3317-si şəhid ailəsi üzvləri və qazilərdir.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlimlər təşkil olunur. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı