Bu il Azexport.az portalına 60 ölkədən 355.8 mln. dollarlıq ixrac sifarişlər daxil olub

“İxrac İcmalı”nda 2017-ci ilin 9 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə məlumat verilib.Belə ki, 2017-ci ilin 9 ayı ərzində Azexport.az portalına dünyanın 60 ölkəsindən 355.8 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

Azexport.az portalına 2017-ci ilin sentyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 47.4 milyon ABŞ dolları təşkil edib.

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.2%) ilə yanaşı Türkiyənin (6.7%), Ukraynanın (6.3%), Hindistanın (4.9%) və ABŞ-ın (4.6%) adı var. Sentyabr ayında diqqət çəkən məqamlardan biri Hindistandan daxil olan ixrac sifarişlərinin artmasıdır.

Ötən ayda daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olur ki, sentyabr ayında ən çox ixrac sifarişi fındıq ləpəsinə, almaya, xiyara, kartofa, sarımsağa, şəraba və s. mallara daxil olub. Qırğızıstan Respublikasından pambıq yağına daxil olan sifariş həcmi böyük olduğu üçün yerli şirkətlər onu ancaq pambıq yığımı tam başa çatandan sonra qarşılaya biləcəklərini bildiriblər. Digər sifarişlər də Azexport.az portalının komandası tərəfində müvafiq yerli istehsalçılara yönəldilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın tam versiyası ilə keçiddən tanış olmaq mümkündür

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır