Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu il BP-də çalışan işçilərin sayı 3% artıb - BBN

Bu il BP-də çalışan işçilərin sayı 3% artıb

Bu il aprelin 1-nə BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 377 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

BBN.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin bu ilin I rübü üzrə biznesə dair yaydığı hesabatında qeyd edilib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə70 nəfər və ya3,03% çoxdur.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xatırladaq ki, 2023-cü ilin birinci rübünün sonunda BP şirkətindəki Azərbaycan vətəndaşlarının sayı 2 307 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı