Bu il Ceyhan limanından 22 mln. tondan çox neft ixrac olunub

2016-cı ilin sentyabr ayı ərzində 2 milyon 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır.(Bu həcmin 942 min 882 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar- sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 140 min 885 ton təşkil etmişdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 313 milyon 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır