Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur - BBN

Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur

Son il yarımda Bakıda 3 DOST mərkəzi açılıb. Yaxın vaxtlarda Bakının Binəqədi rayonunda həmin rayonun və Nərimanov rayonunun sakinlərinə xidmət göstərəcək DOST mərkəzi də açılacaq. Bu il həmçinin Abşeron, Bərdə və Quba rayonlarında DOST mərkəzlərinin açılması planlaşdırılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.

O qeyd edib ki, bununla 2021-ci ilin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq, növbəti illərdə bu mərkəzlərin şəbəkəsinin ölkə boyu genişləndirilməsi davam edəcək. Paralel olaraq, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də genişləndirilir və müasir tələblərə uyğun qurulur. Ötən il də 6 müəssisə – Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt Reabilitasiya Mərkəzləri və  Göygöl Psixonevroloji Sosial Xidmət Müəssisəsi tam şəkildə yenidən qurularaq istifadəyə verilib. Müasir avadanlıqlarla da təchiz edilmiş bu reabilitasiya müəssisələri həm müharibədə yaralanmış hərbi qulluqçularımıza, həm də digər əlilliyi olan şəxslərimizə keyfiyyətli xidmətlər göstərəcəklər.

S.Babayev hazırda Şağan Reabilitasiya Pansionatının, Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzlərinin, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışına hazırlıq işləri aparıldığını və bu il onların da istifadəyə veriləcəyini deyib.

“Bununla Nazirliyin sosial xidmət və reabilitasiya müəssisələrinin sayı 30-dan çox olacaq. Hədəfimiz də budur ki, reabilitasiya xidmətləri göstərilənlərin illik sayını 30 minə çatdıraq. Qarşıdakı dövrdə bu müəssisələr şəbəkəsi daha da genişləndiriləcək”, deyə nazir bildirib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı