Bu il Davosa kimlər gedəcək?

Hər il Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) sayca 50-ci tədbiri 21-24 yanvar tarixlərində keçiriləcək. Bu ilki tədbirdə 650-dən çox ekspertin 7 fərqli mövzu (Sağlam həyat, Dünyanı xilas etməyin yolları, Daha yaxşı biznes, Geosiyasət xaricində, Ədalətli iqtisadiyyatlar, Daha yaxşısı üçün texnologiya, Cəmiyyət və məşğulluğun gələcəyi) ətrafında təqdimatlar etməsi planlaşdırılıb.

İqtisadiyyat və siyasət dünyasının tanınan simalarının bir çoxunun forumda iştirakı gözlənilir. Finlandiyanın yeni baş naziri və dünyanın ən gənc qadın lideri 34 yaşlı Sanna Marin forumun məruzəçilərindəndir. 17 yaşlı isveçli iqlim aktivisti Qreta Tunberq də Davosa ətraf mühit ilə bağlı təqdimat üçün geri dönəcək. Son dövrlərdə Çin hökuməti ilə bağlılığı olması ilə əlaqədar haqqında fikirlər səsləndirilən “Huawei” şirkətinin təsisçisi Ren Zenfeyin də forumda iştirakı gözlənilir. Ren qlobal trendlərdən olan 5G texnologiyasının vacibliyi ilə bağlı təqdimat nümayiş etdirəcək. Qeyd edilənlərlə yanaşı, ABŞ prezidenti Donald Tramp, ABŞ maliyyə naziri Stiven Mnuçin, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, Macarıstan əsilli milyarder filantrop Corc Soros və bir çox başqa tanınmış simalar tədbirdə iştirak edəcək.

Related posts

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı