Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu il Dövlət Məşğulluq Xidməti artıq 503 nəfəri peşə hazırlığına cəlb edib - BBN

Bu il Dövlət Məşğulluq Xidməti artıq 503 nəfəri peşə hazırlığına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövründə artıq 503 nəfər işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

Kurslarda iştirakçılara xidmət sahələri, İKT və kənd təsərrüfatı üzrə peşələr tədris olunur.  Kursları uğurla başa vuran şəxslərə sonda sertifikat veriləcək və məşğulluqlarının təmini üçün işlər aparılacaq. Peşə hazırlığına cəlb edilən işsiz şəxslərə kurs keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.

Qeyd edək ki, işəgötürənlər də peşə hazırlığı kurslarının təşkilində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilərlər. Hazırda bu istiqamətdə növbəti kurs kimi,  “Binə Aqro” MMC-nin sifarişi əsasında istixana operatoru peşəsi üzrə 16 nəfərin cəlb edildiyi peşə hazırlığı kursu davam edir.

2020-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb olunanların sayının 40 faizdən çox artırılmaqla 5 minə çatdırılması nəzərdə tutulub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı