Bu il Dövlət Məşğulluq Xidməti işəgötürənlərin iştirakı ilə 400-ə yaxın dəyirmi masa keçirəcək

Əmək və Əhalinin Sosial müdafiəsi Naziriyi yanında Dövlət Məşğulluq Xidməti  2020-ci il üzrə “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda maarifləndirmə  tədbirlərinə başlayıb. 

Həmin mövzuda bu ilin ilk dəyirmi masaları Gəncə, Mingəçevir şəhərlərində, Abşeron, Qazax, Samux, Tovuz və  Xaçmaz rayonlarında  təşkil olunub. İdarə, müəssisə və təşkilat nümayəndlərinin iştirak etdiyi bu tədbirlərdə məşğulluq sahəsində yeniliklər, “Məşğulluq” altsisteminin tətbiqi, o cümlədən vakansiyaların elektron şəkildə altsistemə daxil edilməsi barədə iştirakçılara ətraflı məlumatlar verilib.

Bu il ərzində respublikanın 58 şəhər və rayonunda 400-ə yaxın belə tədbirin keçirilməsi planlaşdırılır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı