“Bu il FES faiz artımına getməyəcək”

Məşhur fond meneceri Bill Gross, Federal Ehtiyatlar Sisteminin (FES) 2016-ci ildə faiz artırmayacağı proqnozunu verib.

Janus Capital-ı idarə edən Gorss, güclü dollara görə, ABŞ-ın durğunluğa girməsi ehtimalının 30-50 faiz olduğunu bildirib.

Gross, “Fox Business Network”a etdiyi qiymətləndirmədə, FES-in 2016-da faiz qaldırmayacağını söyləyib.

10 illik ABŞ istiqrazlarının faizinin 1.25%-ə düşmə ehtimalının olduğuna diqqət çəkən Gross, “Bu, bildiyimiz kimi, qloballaşmanın sonudur” – deyib.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır