Bu il sahibkarlara 101 mln. manat güzəştli kredit verilib

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum sentyabrın 15-də Zaqatala rayonunda keçirilib.

İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-ci ilin ötən dövrü ərzində sahibkarlara 101 milyon manat güzəştli kredit verilib.

Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlıq subyektlərinin 2100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 97,7 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır