Bu ilin 1-ci rübündə Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 1319 zəng qəbul edib

2024-cü ilin 1-ci rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1319 zəng qəbul edilib.

Daxil olan zənglərin 1137-si elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 87-si təşəkkür xarakterli, 95-i isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə qeydə alınaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.

 

Related posts

Nyu-York birjasında təbii qazın qiyməti daha da enib

Dünya bazarlarında neft ucuzlaşır

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı