Bu ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 62,9% artıb

“Bu ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 13 mlrd. 53,6 mln. manat təşkil edib.

Qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% artıb və 8 mlrd. 789,7 mln. manata çatıb.

Xarici ticarət əlaqələrimizin daha da genişləndirilməsi və biznes əlaqələrinin təşviqi nəticəsində bu ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62,9% artaraq 49,22 mlrd. dollar, ixrac isə 83,5% artaraq 36,34 mlrd. dollar təşkil edib.”

Bu haqda İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

Related posts

KOBİA nümayəndələrinin İspaniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib

İtaliyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Onlayn formatda beynəlxalq konfrans keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı