Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu ilin 5 ayında pensiyaçılara ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat çox olmaqla 1 milyard 958 milyon 600 min manat ödənilib - BBN

Bu ilin 5 ayında pensiyaçılara ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat çox olmaqla 1 milyard 958 milyon 600 min manat ödənilib

Pensiya təminatının gücləndirilməsi istiqamətində atılan addımlar bu istiqamət üzrə ödənilən vəsaitlərin də artımı ilə nəticələnir.

2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard  958 milyon 600 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən  84,1 mln. manat və ya 4,5% çoxdur.

Qeyd edək ki, pensiyalarda artım dinamikasının davamı kimi, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4% indeksasiya edilərək artırılıb və artım 1,14 milyon pensiyaçını əhatə edib. Həmçinin araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb.

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin fəaliyyətinin davamı olaraq, son beş ayda 12,6 min şəxsə e-qaydada olmaqla proaktiv şəkildə pensiya təyin edilib

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı