Bu ilin 6 ayı ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 469 işə baxılıb

2019-cu  ilin   I  yarısında Energetika  Nazirliyində  inzibati  xətalarla  bağlı  469  işəbaxılıb.  Bunlardan 435-i  təbii  qaz, 34-ü  isə elektrik enerjisi   ilə bağlı  olub. Təbii qazlabağlı 121 iş üzrə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrəgeri göndərilib. Nazirlik   tərəfindən  Beyləqan,  Şəmkir,  Gədəbəy,  Quba,  Kürdəmir,   Salyan,Neftçala, Cəlilabad  və digər rayonlarda aparılmış yoxlamalar  nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində   az  miqdarda   ziyan   vurulmasına   görə   128 iş   üzrə,   təbii   qazdan   istifadə qaydalarının pozulmasına görə 19 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib.

167 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.6 ay ərzində Mingəçevir, İmişli, Şabran, Lənkəran, Qəbələ, Ağdaş, Ucar, Qazaxvə digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 17 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 12 iş üzrə,elektrik   enerjisinin   istehsalı,   nəqli   və   istehlakı   haqqında   uçot   və   hesabatın   təhrif olunmasına   və   ya   vaxtında   təqdim   olunmamasına   görə   2   iş   üzrə,   elektrik   enerjisi xətlərinin   qanunsuz   olaraq   kəsilməsinə   və   ya   qanunvericilikdə   istehlakçıya   yazılı bildirişin   göndərilməsi   tələb   olunan   hallarda   yazılı   bildiriş   göndərilmədən   elektrik enerjisinin   verilməsinin   dayandırılmasına   görə   isə   3   iş   üzrə   inzibati   tənbeh   vermə haqqında qərar qəbul edilib. Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır