Bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 390 minədək e-arayış verilib

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib.
Əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti istifadəyə verilib. 
Beləliklə də sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları artıq hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə etmək mümkündür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı