Bu ilin 9 ayında əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib

2020-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib.

Bu arayışlar iş yeri, əlillik, müavinət, pensiya, təqaüd, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. aid olub.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni elektron arayış xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu ilin sonuna qədər daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır