Bu ilin 9 ayında DOST mərkəzlərində 518 min vətəndaşa xidmət göstərilib

Bu ilin yanvar-sentyabr aylarında DOST mərkəzlərində 518 min vətəndaşa xidmət göstərilib.

DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faiz təşkil edib.

DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq bu il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzinin açılışı olub.  Beləliklə, DOST mərkəzlərinin sayı 7-ə çatıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

“Könüllü DOST” proqramına isə bu ilin 9 ayında  20,8 minə yaxın müraciət olub və proqrama daha 1123 nəfər cəlb edilib.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı