Bu ilin yanvar-aprel ayları ərzində 121.061 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak üzərində 121.061 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 18.440-ı (15,2%) ilkin, 102.621-i isə (84,8%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin ilk 4 ayında fərdi yaşayış və bağ evi üzərində – 17.896, mənzil üzərində – 26.445 torpaq sahəsi – 72.951, qeyri-yaşayış binası – 1.047, qeyri-yaşayış sahəsi – 2.470, əmlak kompleksi – 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 29.798-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-aprel ayları ərzində 90.043 texniki pasport tərtib edilib, 22.387 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

5.607 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib

Unibankın aktivləri 2 milyard manatı keçib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı