Bu ilin yanvar-avqust ayları ərzində 239.314 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239.314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 39.148-i (16,3%) ilkin, 200.166-sı isə (83,7%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin ilk 8 ayında fərdi yaşayış və bağ evi üzərində – 39.536, mənzil üzərində – 55.172, torpaq sahəsi – 136.179, qeyri-yaşayış binası – 2.229, qeyri-yaşayış sahəsi – 5.636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63.933-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-avqust ayları ərzində 177.937 texniki pasport tərtib edilib, 46.919 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Related posts

Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşır

Bəzi bitkiçilik məhsulları üzrə aqrar sığorta şərtlərində dəyişiklik edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı