Bu ilin yanvar-fevral ayları ərzində 60.093 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 60.093 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu göstəricinin 9.349-u (15,5%) ilkin, 50.744-ü isə (84,5%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin yanvar-fevral ayları ərzində fərdi yaşayış və bağ evi üzərində 8.753, mənzil üzərində 13.248, torpaq sahəsi üzərində 36.258, qeyri-yaşayış binası üzərində 512, qeyri-yaşayış sahəsi üzərində 1.220, əmlak kompleksi üzərində 96, çoxmərtəbəli yaşayış binası üzərində isə 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14.886-sı Bakının, qalanı isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin ilk 2 ayı ərzində 43.765 texniki pasport tərtib edilib, 11.314 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Related posts

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı