Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu ilin yanvar-iyul ayları ərzində 207.669 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb - BBN

Bu ilin yanvar-iyul ayları ərzində 207.669 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207.669 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 33.572-si (16,1%) ilkin, 174.097-si isə (83,9%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində – 33.395, mənzil üzərində – 46.933, torpaq sahəsi – 120.079, qeyri-yaşayış binası – 1.921, qeyri-yaşayış sahəsi – 4.863, əmlak kompleksi – 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54.558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-iyul ayları ərzində 154.905 texniki pasport tərtib edilib, 41.226 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Related posts

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı