Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat təşkil edib - BBN

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat təşkil edib

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat, xərcləri isə 14 milyard 63,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən BBN.az-a bildirilib ki, büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub.

Daxilolmaların 33,86 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 26,26 faizi əlavə dəyər vergisi, 5,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,27 faizi fiziki şəxslərin gəlir vergisi, 4,14 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş vergi, 1,99 faizi vergilərin digər növləri, 22,02 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Related posts

Fitch: İslam maliyyəsinin Azərbaycan banklarının fondlaşdırma modelinə təsiri yaxın dövrdə məhdud olacaq

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı