Bu ilin yanvar-noyabr aylarında əsas kapitala 12.8 milyard manat vəsait yönəldilib

Bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 786,9 milyon manat vəsait yönəldilib.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.9% azdır. Belə ki, ötən il kapitala yönəldilmiş vəsait  12 milyard 899,4 milyon manat olub.

Sərf edilmiş vəsaitin 67,4% bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 65,7% məhsul istehsalı sahələrinə, 24,9% xidmət sahələrinə, 9,4% isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,0%, büdcə vəsaitləri 27,2% bank kreditləri 7,7%, əhalinin şəxsi vəsaitləri 6,6%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,9% təşkil edi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır