Bu investisiya şirkəti kapitalını artırır

27 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 420 min manat olan hər birinin nominal dəyəri 2 (iki) manat olan 210 000 (iki yüz on min) ədəd adi səhmlərinin ilkin buraxılışı AZ1001019954 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Həmçinin Palata tərəfindən həmçinin 27 oktyabr tarixində “Avromed Company” QSC-nin hər birinin nominal dəyəri 50 (əlli) manat olan 1140 (bir min yüz qırx) ədəd adi səhmlərinin ilkin buraxılışı AZ1001019913 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Hər iki müəssisənin səhmləri qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır