Bu şirkət 12 min yeni mağaza açacaq

Starbucks növbəti 5 il ərzində dünya miqyasında 12 min yeni mağaza açmağı planlaşdırır.

Şirkətin rəhbər vəzifəli şəxsi Kevin Johnson əksərinin ABŞ və Çində olması planlaşdırılan mağazalar vasitəsilə mənfəətlərinin 10% artacağını proqnozlaşdırdıqlarını bildirib.

Qeyd edək ki, plan həyata keçirildikdən sonra mağaza sayının 37 minə çatdırılması xəbəri şirkətin səhmlərinin 2% dəyər qazanmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır