Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Budapeştdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib - BBN

Budapeştdə Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib

Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısı çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməzlə görüşüb.

Nazir Türkiyədə baş vermiş faciədən kədərləndiyini və Azərbaycanın qardaş ölkənin hər zaman yanında olduğunu bildirib.

Görüşdə Türkiyə üzərindən qaz tranziti, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində TANAP-ın ötürücülük gücünün artırılması, SOCAR və BOTAŞ, TPAO arasında karbohidrogen yataqlarının kəşfiyyatı və hasilat sahəsində yeni əməkdaşlıq imkanları, İğdır-Naxçıvan boru kəməri layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. Yaxın müddətdə kəmərin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacağı bildirilib.

Həmçinin Naxçıvanda investorlarla həyata keçiriləcək böyük həcmli külək və günəş enerjisi layihələrindən bəhs edilib. Bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracı, eləcə də bu ölkə vasitəsilə “yaşıl enerji”nin Avropaya tədarükü istiqamətində atılacaq addımlar nəzərdən keçirilib. Yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün iki ölkə arasında enerji sahəsində müvafiq sənədin imzalanmasının vacibliyi qeyd edilib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı