Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Buxarestdə nazir Pərviz Şahbazovun Peter Siyarto ilə görüşü olub - BBN

Buxarestdə nazir Pərviz Şahbazovun Peter Siyarto ilə görüşü olub

Rumıniyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 8-ci görüşünün nəticələrinə, Birgə Müəssisənin fəaliyyətinə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi istiqamətində digər zəruri məsələlərə dair fikir mübadiləsi aparılıb. Regional səviyyəli yaşıl enerji layihəsinin Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrini, eləcə də Avropada enerji təhlükəsizliyini möhkəmləndirən və enerji əməkdaşlığını genişləndirən rolundan bəhs edilib.

Görüşdə ikitərəfli enerji əlaqələrinin gündəliyindəki məsələlərə də toxunulub. Macarıstanın “MOL Group”  və MVM  şirkətləri ilə Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrində mövcud əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.

Söhbət zamanı COP29 tədbirinin Fəaliyyət Gündəliyinin enerji istiqamətindən də bəhs edilib.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı