BVF Misirə 12 mlrd. dollar həcmində kredit ayırıb

Misir hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) heyətinin 12 milyard dollar məbləğində kredit verilməsi haqqında razılığa gəldikləri bildirilib.

Paytaxt Qahirədə 2 həftə əvvəldən keçirilən rəsmi görüşdə BFV heyəti və Misirin səlahiyyətli şəxsləri arasında rəsmi görüş keçirilib.

Misir Mərkəzi Bankının sədri Tarık Amir öz açıqlamasında ölkənin yeni iqtisadi proqramını  BVF-nun maliyyələşdirəcəyini qeyd edib.

Qeyd edək ki, Misir hökuməti əvvəllərdə yeni iqtisadi proqramın fond tərəfindən dəstəklənəcəyini vurğulayıblar.

Misirli iqtisadçıların bir hissəsi  verilən kreditin  ölkənin borclanmasını artıracağını, digər iqtisadçılarsa, ölkə  iqtisadiyyatına inamın və xarici investisiya yatırımlarının artmasına səbəb olcağını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır