Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
BVF: Neftin orta qiyməti 2026-cı ildə 62,13 dollar, 2027-ci ildə 62,17 dollar olacaq - BBN

BVF: Neftin orta qiyməti 2026-cı ildə 62,13 dollar, 2027-ci ildə 62,17 dollar olacaq

Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, neftin bir barelinin orta qiyməti 2026-cı ildə 62,13 ABŞ dolları, 2027-ci ildə isə 62,17 ABŞ dolları təşkil edəcək.

Bu barədə BVF-in dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair növbəti hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, 2025-ci il 20 noyabr tarixinə fyuçers bazarları nəzərə alınmaqla, ABŞ dolları ilə ifadə olunan neftin ehtimal edilən orta qiyməti qeyd olunan səviyyələrdə formalaşacaq.

BVF analitiklərinin fikrincə, neft qiymətləri cari ildə 8,5 % azalacaq, 2027-ci ildə isə 0,1 % artım qeydə alınacaq. Bu göstəricilər BVF-in 2025-ci ilin oktyabrında açıqladığı əvvəlki hesabatla müqayisədə 2026-cı il üzrə mənfi 4 %, 2027-ci il üzrə isə müsbət 0,3 % istiqamətində korrektə edilib.

Ümumilikdə, Fondun qiymətləndirməsinə görə, enerji daşıyıcılarının qiymətləri 2026-cı ildə təxminən 7 % azalacaq ki, bu da oktyabr hesabatında proqnozlaşdırılandan daha yüksək azalma deməkdir.

Sənəddə vurğulanır ki, neft qiymətləri aşağı səviyyədə qalır və qlobal tələbin zəif artımı, eyni zamanda təklifin sürətli artımı fonunda əlavə eniş riski mövcuddur. Bununla yanaşı, yüksək maya dəyərinə malik istehsalçıların bazardakı rolu, Çinin strateji neft ehtiyatları və qiymətlərin kəskin enməsinin qarşısını almağa yönəlmiş OPEC+ yanaşması qiymətlər üçün müəyyən “yumşaq minimum səviyyə” formalaşdırır.

BVF ekspertləri bildirirlər ki, təbii qazın qiymətləri də nisbətən təmkinli qalacaq. Buna səbəb kimi enerji daşıyıcılarına tələbin azalması, Avropa İttifaqının qaz anbarları üzrə daha çevik hədəfləri, həmçinin orta müddətli perspektivdə mayeləşdirilmiş təbii qazın (LNG) təklifinin əhəmiyyətli dərəcədə artacağı ilə bağlı gözləntilər göstərilir.

Related posts

Trampın İrana yönəlik hərbi xəbərdarlığı fonunda neft qiymətləri yüksəldi

Fitch Ratings: Azərbaycan 2029-cu ilə qədər qeyri-neft kəsirini ÜDM-in 13 %-dək azaltmağı hədəfləyir

Neft bazarında dəyişiklik qeydə alınmayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı