“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2026-cı ildən etibarən hər il formalaşan pul vəsaitinin böyük hissəsini SOCAR-a və Azərbaycan dövlətinə dividendlər şəklində təqdim edəcək.
Agentliyin hesabatına görə, 2025–2028-ci illər üzrə EBITDA üzrə xalis leverec əmsalının orta hesabla 0,5x səviyyəsində olacağı proqnozlaşdırılır (2024-cü ildə 0,3x). Bu göstərici güclü pul axınlarının davam etməsi və aşağı kapital xərcləri ilə izah edilir. Proqnozlara əsasən, 2026-cı ildən etibarən “Cənub Qaz Dəhlizi” QSC hər il generasiya edilən vəsaitin böyük hissəsini SOCAR-a və dövlətə dividendlər kimi yönəldəcək.
Fitch bildirir ki, təhlil şirkətin konsolidasiya olunmuş profili əsasında aparılıb. Bu profilə TANAP-ın tam konsolidasiyası (minoritar pay sahiblərinə dividendlər daxil olmaqla), “Şahdəniz” hasilatın pay bölgüsü sazişi üzrə payın proporsional konsolidasiyası, eləcə də Cənubi Qafqaz Boru Kəməri və TAP-dakı paylardan əldə olunan dividendlər daxildir.
Analitiklər həmçinin qeyd edirlər ki, “Abu Dhabi National Oil Company”nin (ADNOC) investisiya platforması olan “XRG” şirkətindəki payın mümkün satışından sonra da “Cənub Qaz Dəhlizi” QSC-nin reytinq strukturunda dəyişiklik gözlənilmir.
“Hesab edirik ki, Azərbaycan “Cənub Qaz Dəhlizi” QSC üzərində nəzarəti və qərarvermə hüququnu qoruyub saxlayacaq. Layihələrin gücünün artırılması barədə qərar veriləcəyi halda, bu proses korporativ idarəetmə və texnoloji dəstək baxımından müsbət təsir göstərə, həmçinin maliyyələşməyə çıxışı asanlaşdıra bilər”, — deyə hesabatda vurğulanır.