Cənubi Koreya Mərkəzi Bankı pilot layihəyə başlayıb

Cənubi Koreyada Mərkəzi Bank Rəqəmsal Valyutasının (CBDC) yaradılması istiqamətində pilot layihə başladılıb. Pilot layihənin əsas məqsədi rəqəmsal valyutanın yaradılması üçün tələb edilən texniki və hüquqi kriteriyaların müşahidə və analiz edilməsidir. Pilot layihə mart ayının sonunda başladılıb və 2021-ci ilədək tamamlanması planlaşdırılır.

Bununla belə, Cənubi Koreya Mərkəzi Bankı hal-hazırda rəqəmsal valyutaya tələbatın kifayət qədər olmadığını və yaxın vaxtda istifadəyə verilməyəcəyini açıqlayıb.

Cənubi Koreya ilə yanaşı bir sıra digər ölkələr CBDC layihələri həyata keçirirlər. İsveç hal-hazırda rəqəmsal valyutası e-Kronanın test istifədəyə buraxıb. Fransa Mərkəzi Bankı isə yaxın günlərdə rəqəmsal avronun testlərinə başlayıb. Çində isə rəqəmsal yuanın il sonuna qədər istifadəyə verilməsi proqnozlaşdırılır. Yaponiya Mərkəzi Bankı isə CBDC layihəsi üzrə təklifləri gözdən keçirir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı