Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Cənubi Koreya Şimala iqtisadi köməklik paketi təklif edir, amma prezidentin şərti var - BBN

Cənubi Koreya Şimala iqtisadi köməklik paketi təklif edir, amma prezidentin şərti var

Cənubi Koreyanın prezidenti Yoon Suk-yeol Şimala-Pyongyang-a iqtisadi köməklik paketini təklif edib. Şərt isə Şimali Koreyanın özünün nüvə proqramını dayandırması ilə bağlı vacib addım atmasıdır. O, həmçinin, Yaponiyaya yaxın əlaqələr ilə bağlı çağırış edib.

BBN.az xəbər verir ki, bu haqda DW Business nəşri Cənubi Koreyanın prezidenti Yoon Suk-yeol-un bazar ertəsi günü etdiyi çıxışa istinadən yazıb. 

Yoon rəsmi Pyongyang-a təklif etdiyi iqtisadi köməklik paketi ilə bağlı bildirib ki, “Biz böyük həcmli proqram nəzərdə tutmuşuq. Bura ərzağın təmin edilməsi, elektrik infrastrukturunun yenidən qurulması, istehsalı, ötürülməsi və paylanması, ticarətin asanlaşdırılması üçün liman və aeroportların modernləşdirilməsi prosesinin tamamlanması daxildir”, – deyə prezident əlavə edib. 

Prezident çıxışı zamanı əlavə edib ki, “iqtisadi köməklik paketinə Şimali Koreyanın kənd təsərrüfatı istehsalını inkişaf etdirmək, xəstəxana və tibbi infrastrukturunun modernləşdirilməsi, beynəlxalq investisiya və maliyyə dəstəyinə imkan yaratmaq üçün təşəbbüslər həyata keçirmək aiddir. Belə proqram Şimali Koreyada yaşayışı xeyli dərəcəcə inkişaf etdirə bilər”, – deyə o, qeyd edib. 

Yoon, eyni zamanda Yaponiyaya ortaq gələcək üçün tarixi mübahisələri aradan qaldırmaq üçün çağırış edib.

Related posts

Çin ardıcıl doqquzuncu ayda da əsas kredit faiz dərəcələrini dəyişməz saxlayıb.

Yaponiyada inflyasiya son üç ilin ən aşağı səviyyəsinə düşüb

AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı