C. Soros qızıl şirkətindəki payını iki dəfəyə qədər artırıb

Milyarder Corc Soros bu ilin ikinci rübündə səhmlərinin əksər hissəsini satdığı Barrick Gold korporasiyasındakı payını iki dəfəyə qədər artırıb.

1,78 mlrd. dollar həcmində səhm alışı həyata keçirən C. Soros Korporasiyadakı payını 2.85 mlrd. dollara yüksəldib.

O bu addımı şirkətdə xərclərin azaldılmasından və borcların ödənməsi üçün aktivlərin satılmasından sonra atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır