Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Cari ildə aviaşirkətlərin itkiləri artacaq

Cari ildə aviaşirkətlərin itkiləri artacaq

Qlobal aviasəyahətlərə tələb 2009-cu ildən bu yana ilk dəfə azalacaq. Bu barədə açıqlama verən “Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası” korona virusu səbəbindən müşahidə olunacaq tələb azalmasının aviaşirkətlərə 29 milyard dollardan artıq ziyan vuracağını vurğulayıb.

Ən böyük təsirin Asiya-Sakit Okean regionunda müşahidə olunacağını bildirən quruma görə təkcə Çin aviaşirkətlərinin gəlirlərinin 12.8 milyard dollar azalacağına diqqət çəkib.

Qeyd edək ki, IATA 2020-ci ildə tələbin 4.1% artacağını proqnozlaşdırsa da, hazırda sözügedən proqnoz 0.6% azalma ilə əvəzlənib.

İATA baş icraçı direktoru Aleksandr de Yuniak cari ilin aviaşirkətlər üçün çox ağır keçəcəyini bildirib, bununla belə aviaşirkətləri virusun daha da çox yayılmaması üçün diqqətli olmağa çağırıb.

Related posts

Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib

“Fitch” “Cənub Qaz Dəhlizi” və daha yeddi infrastruktur şirkətinin reytinqini təsdiqləyib

Qlobal inflyasiya arta bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı