Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Cari ilin 1-ci yarısında Energetika Nazirliyi və tabeli qurumlara 3265 müraciət daxil olub - BBN

Cari ilin 1-ci yarısında Energetika Nazirliyi və tabeli qurumlara 3265 müraciət daxil olub

2022-ci ilin 1-ci yarısında Energetika Nazirliyi və tabeli qurumlara 3265 vətəndaş müraciəti daxil olub ki, bunlardan 2377-si müvafiq qaydada icra olunub, 580-i isə icradadır. 308 müraciət məlumat xarakterlidir.

6 ay ərzində Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 135 vətəndaş qəbulu keçirilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 50 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı