Cari ilin 6 ayında Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb

2023-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2.936 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 88,3 faizi fiziki, 11,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb. Cari ilin yanvar-iyun aylarında kommersiya qurumlarının 55,4 faizi elektron qaydada, 44,6 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

2023-cü ilin 6 ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1.353 vahid olub. Cari ilin iyun ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub. Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş obyekti olan ƏDV ödəyicilərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 dəfə artıb.

Related posts

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Rəqabət qanunvericiliyində müvafiq bazar, bazar payı və təmərküzləşmələrin müzakirəsinə dair tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı